Bu istiqamətlər üzrə əlavə qatar reysləri təyin edildi

AVTO
11:50 / 12.03.2026
47

Sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Hit.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.  

Bildirilib ki, 18 martda hər iki istiqamətə səfərlər təşkil ediləcək. Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

0