Azərbaycanda hər gün 12 ədəd avtomobil istehsal olunur

AVTO
21:14 / 26.03.2026
48

Bu ilin ilk 2 ayı ərzində Azərbaycanda 716 ədəd minik avtomobili istehsal edilib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 53,3% artıb.

Bundan başqa bu ilin yanvar-fevral aylarında ölkədə 134 ədəd yük avtomobili istehsal olunub və ötən ilin analoji dövrü ilə müqayisədə 11,2 dəfə artıb.

Qeyd edək ki, bu ilin ilk 2 ayında gün ərzində orta hesabla 12 ədəd avtomobil istehsal olunub.

0