Almaniyanın ümumölkə avtomobil klubu ADAC üç il yaşı olan və 30 mindən çox kilometr yürüşə malik modellər üzrə avtomobil sürücülərinin etibarlılıq rəylərini təhlil edərək qiymət və keyfiyyət nisbətinə görə ən yaxşı avtomobilləri müəyyən edib.
HİT.az xəbər verir ki, bu barədə ADAC saytına istinadən məlumat verilir.
Tədqiqatda 15 min avrodan 30 min avroya qədər müxtəlif qiymət kateqoriyalarında modellər araşdırılıb. Qiymət və istifadəçi rəyləri ilə yanaşı, etibarlılıq, təhlükəsizlik və servis xərcləri kimi göstəricilər də nəzərə alınıb.
Ən yaxşı işlənmiş modellər aşağıdakı kimi müəyyən edilib:
15 min avroya qədər – “Toyota Aygo X”;
20 min avroya qədər – “Opel Corsa-e Elegance”;
25 min avroya qədər – “Volkswagen Golf 2.0 TDI”;
30 min avroya qədər – “Volkswagen Golf Variant 2.0 TDI DSG”.
“ADAC” Avropanın ən böyük avtomobil təşkilatlarından biridir. Qurum yolda texniki yardım, sürücülərin maraqlarının müdafiəsi, müstəqil araşdırma və testlər, həmçinin statistik məlumatların toplanması və təhlili ilə məşğuldur.
Samir


