2026-cı ilin ən yaxşı 10 benzin avtomobili açıqlandı - SİYAHI

AVTO
20:37 / 10.04.2026
54

Elektrikli avtomobillərin sürətlə yayılmasına baxmayaraq, bir çox sürücü hələ də ənənəvi benzin mühərrikli avtomobillərə üstünlük verir. Bazarda çox sayda modelin olması isə seçim etməyi çətinləşdirir.

HİT.az xəbər verir ki, “WhatCar?” ekspertləri 2026-cı ilin ən yaxşı 10 benzin avtomobilini müəyyənləşdirib. Mütəxəssislərin fikrincə, bu modellər öz rəqiblərini bir sıra göstəricilərə görə üstələyir.

2026-cı ilin ən yaxşı 10 benzin avtomobili:

1. “Kia Sportage”
2. “BMW X7”
3. “Volvo XC40”
4. “Volkswagen T-Roc”
5. “Skoda Superb Estate”
6. “BMW 4 seriyası kupesi”
7. “Seat Ibiza”
8. “Porsche 911”
9. “Volvo XC90”
10. “Mercedes-Benz CLE Cabriolet”

Reytinqə əsasən, 2026-cı ilin ən yaxşı benzin avtomobili “Kia Sportage” seçilib. Ekspertlər bu modelin rəqiblərinə nisbətən daha ucuz olmasına baxmayaraq, keyfiyyət baxımından geri qalmadığını bildiriblər.

“Sportage” modelinin praktik salonu, komfortlu yürüşü və geniş baqaj həcmi xüsusilə yüksək qiymətləndirilib. Eyni zamanda, bu krossoverin etibarlılığı da müsbət dəyərləndirilib.

Bununla yanaşı, ekspertlər “Jeep Renegade” modelinin alınmamasını tövsiyə ediblər. Onların sözlərinə görə, bu avtomobildə keyfiyyət və texniki baxımdan bir sıra ciddi çatışmazlıqlar var. Xüsusilə salon materiallarının zəif olması, sürətlər qutusunun qeyri-sabit işləməsi və yüksək qiymət tənqid edilib.

Samir
 

0