Maşın bazarında durğunluğun SƏBƏBİ

AVTO
14:47 / 01.06.2026
85

2026-cı ilin ilk dörd ayında Azərbaycanda avtomobil idxalında azalma qeydə alınıb. 

Rəsmi göstəricilərə əsasən, yanvar-aprel dövründə ölkəyə ümumilikdə 21 min 120 nəqliyyat vasitəsi gətirilib. Bu rəqəm ötən ilin eyni müddəti ilə müqayisədə daha aşağıdır və bazarda idxal həcminin zəiflədiyini göstərir.

Bəs bu azalmaya təsir edən faktorlar nələrdir?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, maşın bazarında qiymətlərin kəskin şəkildə durğunlaşması alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır:

400846“Əvvəllər avtomobillər insanlar üçün daha əlçatan idi. Lakin son dövrlərdə qiymətlərin artması onları investisiya baxımından da az cəlbedici edib. Artıq vətəndaşlar əvvəlki kimi taksi fəaliyyəti ilə məşğul olmağa da o qədər maraq göstərmirlər. 

Daha çox istehsal ili yeni olan avtomobillərə tələbat var. Burada əsas rol oynayan marka və istehsal ölkəsi deyil, avtomobilin buraxılış ilidir. Eyni zamanda, yüksək qiymətlər də alıcıların marağını azaldır. Həmçinin, xərc tələb etməyən nəqliyyat vasitələrinə üstünlük verilir".

Günel Cəlilova

0