İkinci əl avtomobillərə təlabat niyə azalır?

AVTO
16:01 / 09.06.2026
97

Azərbaycanda ikinci əl avtomobillərin satışı bazarında son dövrlərdə aktivliyin azalması hiss olunur. 

Qiymət dəyişikliyi daha çox 10-20 min manat civarında olan avtomobillərə tələbat azalıb. Sürücülər əsasən qənaətcil, az yanacaq sərf edən nəqliyyat vasitələrinə üstünlük verirlər.

Qeyd edək ki, son zamanlar nəqliyyat vasitələrinə təlabat tək keyfiyyəti ilə bağlı deyil, həm də onun az yanacaq sərf etməsinə, istehsal ilinə fikir verilir. Bununla yanaşı, son illər ikinci əl maşınların qiyməti yeni avtomobillərə çox yaxınlaşıb. Bu isə alıcı üçün “bir az əlavə edib yeni maşın almaq” seçimini daha cəlbedici edir. 

Həmçinin, idxal və bazar təklifinin artmasıdır. Belə ki, xaricdən gətirilən avtomobillərin sayının çoxalması bazarda rəqabəti artırır, bəzi modellərdə qiymətləri aşağı salır və köhnə avtomobillərin cazibəsini azaldır.

Eyni zamanda, insanların gəlir və xərcləmə davranışında da  dəyişiklik qeydə alınır. Əhalinin bir hissəsi daha uzun müddət eyni avtomobildən istifadə etməyə üstünlük verir və ya ümumiyyətlə alış qərarını təxirə salır.

Əlbəttə, texnoloji dəyişikliklər də bu sahədə öz rolunu göstərir. Hibrid və elektrik avtomobillərə maraq artdıqca, köhnə benzin və dizel avtomobillərinə tələbat nisbətən azalır. Ümumilikdə, bu azalma tək bir səbəbdən yox, iqtisadi, maliyyə və bazar faktorlarının birlikdə təsirindən yaranır.

Günel Cəlilova

0