ABŞ-nin məşhur yolsuzluq avtomobilləri istehsalçısı “Jeep” kiçik SUV seqmentindəki populyar modeli “Renegade”in yeni nəsli ilə Avropa bazarına geri dönəcəyini rəsmən elan edib.
Hit.az xəbər verir ki, Paris Avtomobil Sərgisi çərçivəsində bəyanat verən markanın rəhbərliyi Avropadakı model sırasını genişləndirmək strategiyasına uyğun olaraq yeni “Renegade”in yaxın illərdə yollara çıxacağını təsdiqləyib.
Bildirilib ki, birinci nəsli ilə dünya miqyasında 2 milyondan çox satış göstəricisinə imza atan kompakt krossover brendin Avropadakı ən güclü mövqelərindən biri olmaqda davam edəcək. Yeni nəsil “Renegade” modelinin “Stellantis” konserninin fərqli güc aqreqatlarına uyğunlaşan modulyar “STLA One” platforması üzərində yığılması gözlənilir. Brendin benzin, hibrid və tamamilə elektrikli versiyaları əhatə edən çoxşaxəli enerji strategiyası sayəsində model müxtəlif alıcı tələblərinə cavab verə biləcək.

“Jeep” 2030-cu ilə qədər Avropa bazarının 90 faizini əhatə edəcək altı fərqli model təqdim etməyi və hər bir modeldə tam ötürməli (4x4) versiyaya yer verməyi planlaşdırır. Kiçik SUV sinfindəki rəqiblərindən dörd təkərdən çəkiş üstünlüyü ilə ayrılacaq marka unikal arazi performansını şəhər həyatı ilə birləşdirəcək.
Aşağı düşən satış göstəriciləri səbəbindən 2023-cü ildə Amerika pazarından çıxarılan model hələlik yalnız Avropa bazarına yönəlik qayıdış reallaşdırır. Lakin şirkət rəsmiləri yeni nəsil “Renegade”in yenidən Atlantik okeanının o tayındakı pazarlara çıxarılıb-çıxarılmayacağı ilə bağlı hər hansı bir məlumat verməyiblər.
Pərviz


