Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa yoluxub.
Ria-Novosti agentliyi xəbər verir ki, bu məlumatla Aleksandr Lukaşenko özü çıxış edib.
O, xəstəliyi simtompsuz keçirir.
Aleksandr Lukaşenko DİN-in Daxili qoşunlarının hərbi hissəsində çıxışı zamanı deyib: "Bu gün koronavirusu ayaqüstə keçirən bir adamla görüşürsünüz. Belə nəticəyə dünən həkimlər gəldilər. Əvvəl də demişdim, bizdə əhalinin 97 faizi bu virusu simtompsuz keçirir. Allaha şükür, mən də simtompsuzlar sırasındayam"."
Teleqraf.com