Ərdoğan sosial şəbəkələrə məhdudiyyət qoyur? - Yeni qanun

DÜNYA
11:38 / 29.07.2020
1081

Türkiyə parlamentində sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanun qəbul edilib. 

HİT.Az  "Sözcü" qəzetinə istinadən xəbər verir ki, AKP və MHP millət vəkilləri hakim partiya tərəfindən hazırlanan qanunun lehinə səs veriblər. Qanun layihəsi bir sıra müxalif partiyalar tərəfindən söz və fikir azadlığının məhdudlaşması kimi qiymətləndirilir.

Qanun təklifinə görə istifadəçi sayı 1 milyondan çox olan sosial şəbəkələr Türkiyədə ən az bir nəfərdən ibarət nümayəndəlik açmalıdır. Sözügedən nümayəndəlik sosial şəbəkələrdə yayılan təhqir, böhtan, terror və ya narkotik maddələrin təbliği xarakterli paylaşımlara görə məsuliyyət daşıyacaq.

Qanunun bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənəcəyi gözlənilir.

 

0