Keçmiş səfir Britaniya kəşfiyyatına rəhbər təyin olundu

DÜNYA
12:39 / 30.07.2020
1098

İngiltərənin Türkiyədəki keçmiş səfiri Riçard Mur Böyük Britaniya kəşfiyyatının (MI6) rəhbəri təyin olunub. 

HİT.Az xəbər verir ki, hələ də Xarici İşlər Nazirliyində siyasi direktor postunu icra edən Mur yeni vəzifəsinə payızda başlayacaq.

Liviyada doğulan Mur, karyerası boyu Vyetnam, Pakistan və Malayziyada xidmət edib. Türkiyədə isə 2014-2017-ci illərdə çalışıb.
 
Qeyd edək ki, Riçard Mur Türkiyədə yaşadığı müddətdə sosial mediadakı maraqlı paylaşımları və “Beşiktaş” pərəstişkarı olması ilə diqqət çəkmişdi. 

0