Erməni əsgər Qarabağ erməniləri tərəfindən döyüldü

DÜNYA
20:03 / 30.07.2020
1736

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir cinayət faktı ortaya çıxıb.

Ordu.az xəbər verir ki, Ağdərə yaşayış məntəqəsindəki hərbi hissədə xidmət edən işğalçı düşmən ordusunun hərbi qulluqçusu David Tamrazyan əsgərlər tərəfindən döyülüb.

“Qarabağlılar” tərəfindən vəhşicəsinə döyülən erməni əsgər D. Tamrazyan ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib.

Komandanlıq faktı ictimaiyyətdən və hərbi qulluqçunun ailə üzvlərindən gizlədir.

0