Zelenskidən müsəlmanlara Qurban bayramı sürprizi

DÜNYA
16:31 / 31.07.2020
1620

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində yaşayan  müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Zelenski həmçinin müsəlmanları sevindirəcək bir addım atıb.

Ukrayna Prezidentinin saytında Zelenskinin Qurban və Ramazan bayramlarını rəsmi dini bayram elan edilməsini nəzərdə tutan qərarı imzaladığı açıqlanıb.

“Bu bayram inananların qəlblərini mərhəmət və yaxınlarına qarşı sevgi ilə doldurur, ümid və ədalət işığı verir. Ukraynadakı müsəlman cəmiyyətinin ölkədə sülhün və dinlərarası uyğunluğun təmin olunması istiqamətindəki töhfələrini təqdir edirik və onlara minnətdarıq. İnananlar üçü bu vacib zaman saf düşüncələr, xeyriyyə işləri, birlik və qardaşlıq duyğuları ilə dolu olsun” – təbrikdə qeyd edilib.

0
“MediaPost”