Ermənistan XİN rəhbəri Qarabağa görə Ukraynanı sərt tənqid etdi

DÜNYA
11:01 / 01.08.2020
1117

“Ukraynanın Qarabağ münaqişəsinin mahiyyətini anlamaqla bağlı kompleksləri var. Bu komplekslər münaqişənin tarixi, əhəmiyyəti və s. özünü biruzə verir. Bu baxımdan aramızda fikir ayrılığı var”.

HİT.Az Ermənistanın “Şant” televiziyasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib. O, Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi pisləyib.

 Mnatsakanyan son 2 ildə Kiyevlə danışıqlar apardığını və Kiyevin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişdirməyə çalışdıqlarını əlavə edib.

 

0