COVID-19 peyvəndi birinci bu şəxslərə vurulacaq, zamanı da bəllidir - AÇIQLAMA

DÜNYA
17:50 / 02.08.2020
1252

Rusiyanın koronavirusa qarşı peyvəndin kütləvi istehsalına başlama tarixi məlumdur.

Bu barədə Novosibirskdəki “Vektor” Tədqiqatlar Mərkəzinin baş direktoru Rinat Maksudov danışıb.

Onun sözlərinə görə, mərkəz bu ilin noyabr ayından koronavirusa qarşı peyvənd istehsalına başlamaq niyyətindədir: "Bu ilin noyabr ayında istehsala başlayacağımızı gözləyirik. Buna görə ilin sonuna və gələn ilin əvvəlinə yaxın peyvəndləməyə keçid haqqında danışa bilərik".

Direktor bildirib ki, peyvəndləməin ilk mərhələsində risk qrupundan olan vətəndaşlar inyeksiya olunacaq.

Zümrüd

0
Publika.az