Koronavirus niyə bəzi insanlarda simptomsuz olur? - Amerikalı alimlərin açıqlaması

DÜNYA
11:11 / 03.08.2020
1464

Amerikalı alimlərin son araşdırmalarında virusa məruz qalmayan insanların təxminən yarısında T hüceyrə reaktivliyinin olması təsdiqlənib. 

“CNN İnternational”ın xəbərinə görə, insanları bakteria, parazit və digərlərindən qoruyan immunitet sisteminin iki əsas komponenti var. Bunlar ya anadangəlmə, ya da sonradan qazanılan immunitet sistemidir. Anadangəlmə immun sistemi insanda ilk müdafiə sistemi olaraq bilinir. Bu sistem virusların bədənə daxil olmasını fiziki olaraq əngəlləyən xüsusiyyətlər daşıyır. 

Eyni zamanda buraya iltihablanma və digər zərərli bakteriyaları yox edən zülallar, protein və kimyəvi maddələr də daxildir. Anadangəlmə immun sisteminin sürətli reaksiya göstərmədiyi zamanlarda sonradan qazanılan immun sistemi işə düşür. 

Araşdırmada qeyd olunub ki, infeksiyadan qurtulmaq üçün tək yol antikorlar deyil. Bu məqamda T hüceyrələr ön plana çıxır. 3 növdə olan T hüceyrələr infeksiyadan sonra bədənimiz tərəfindən müdafiə sistemi kimi yaradılır və infeksiyaya yoluxmuş hüceyrələri yox edir. 

Amerikalı mütəxəssislər bildirir ki, T hüceyrələrin hələ də tam faydalı olması məsələsi sual altındadır:

“Biz inanırıq ki, bu hüceyrələrin zərərindən çox faydası var. Lakin düşünmürük ki, hər hansı infeksiyaya qarşı tam qorumanı təmin edir. Onsuzda bəzi hüceyrələr virusla daha güclü mübarziə apara bilər. Koronavirusu simptomsuz keçirən xəstələrdə T hüceyrələrin reaktivliyi virusu bədəndən sürətli şəkildə təmizləyə yardım edir. Əslində, burada diqqətli olmalıyıq. Çünki bu hüceyrələr infeksiyaya qarşu qorumanı təmin etmir, sadəcə müqaviməti o qədər gücləndirir ki, simptomlar özünü göstərmir”.

0
“MediaPost”