Koronavirusu məhv edən dərman mövcud deyil.
HİT.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus deyib.
“Hazırda “gümüş güllə” yoxdur və yəqin ki, heç vaxt da olmayacaq. Koronavirusdan həmişəlik yaxa qurtarmaq mümkün deyil”, – deyə o bildirib.
Qebreyesus hazırda koronavirusa qarşı peyvəndin sınağının üçüncü mərhələdə olduğunu söyləyib.