Rusiyalı endokrinoloq Yekaterina İvannikova “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində artıq çəkiyə səbəb olan içkiləri sadalayıb.
HİT.Az xəbər verir ki, onun sözlərinə əsasən, şirə, kvas və qazlı sular özündə çoxlu miqdarda qlükoza ehtiva edir və onların qlikemik indeksi də yüksək olur. Bu içkilərdən müntəzəm istifadə mədəaltı vəzinin yüklənməsinə və piylənməyə gətirib çıxarır.
Həkim qeyd edib ki, bundan savayı insanların əksəriyyəti çay və kofeyə çoxlu miqdarda şəkər də əlavə edirlər ki, bu da orqanizmin ümumi vəziyyətinə neqativ təsir göstərir.
İvannikova insanlara suya xiyar, nanə və ya limon əlavə edərək ümumi çəkinin hər bir kiloqramına 20 millilitr nisbətində içməyi tövsiyə edir.