Elmdə şok kəşf: Xərçəngin səbəbləri ilə bağlı məşhur mif dağıldı

DÜNYA
21:25 / 05.08.2020
1293

Alimlər Yer üzündə onkologiyanın ilkin sübutlarını tapıblar.

Artıq dinozavrların sümük toxumasının bədxassəli bir şişi olan osteosarkomadan əziyyət çəkdiyinə dair etibarlı sübutlar əldə ediblər. Əvvəllər bu qədim sürünənlərin sümüklərində izlər, artım və böyümələr aşkar edilmişdi, lakin molekulyar tədqiqatlar xərçəngin diaqnozu üçün yetərli deyildi. Yeni araşdırmanın nəticələri "Lancet Onkology” elmi jurnalında dərc edilib.

Tədqiqatın müəllifi, Kanadadakı McMaster Universitetinin professoru Mark Krouter "76 milyon il əvvəl yer üzündə yaşayan bu üç buynuzlu dinozavrın şiddətli və çox aqressiv bir şəkildə sümük xərçəngindən əziyyət çəkdiyini ilk dəfə birmənalı şəkildə göstərdik", - deyib.

O, cəmiyyətdə geniş yayılmış, şişlərin sivilizasiyanın məhsulu olması haqda mifi dağıtmaq istədiyini bildirib. Alimlər orta əsr insanlarında, qədim neandertallarda və hətta daha ibtidai meymunabənzər Homo-da bədxassəli yeni xəstəliklərə dair getdikcə daha çox sübutlar tapırlar.

Bir il əvvəl elm adamları Yer kürəsinin Trias dövrünün əvvəlində yaşayan ilk tısbağaların sümüklərində osteosarkoma izlərini tapıblar, Mezozoy dövrünün dəniz kərtənkələlərində və Perm dövrünün heyvan kərtənkələlərində də xərçəng şübhəsi var. Mark Krouter müasir həyat şəraitinin xərçəngə səbəb olduğuna dair heç bir dəlil olmadığını vurğulayıb.

0
Qaynarinfo.az