Livan paytaxtında baş verən güclü partlayış nəticəsində Ermənistanın Beyrutdakı səfirliyinin binası qismən dağıdılıb.
Bu haqda Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan məlumat verib. O, bildirib ki, ermənilərin məskunlaşdığı rayonlarda dağıntı hiss olunur: “Bu ana ola xəbərə görə, bir ölən erməni və bir neçə yaralı haqqında məlumat var” - deyə Nağdalyan yazıb. Beyrutun "Surb Gevork" erməni kilsəsi də ziyan görüb.
yenisabah.az