Türkiyədə daxili turizm mövsümü 28 Mayda başlaya bilər.
HİT.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə NTV kanalının efirində mədəniyyət və turizm naziri Mehmet Ersoy deyib.
M.Ersoy bildirib: "Heç bir problem olmasa, turizm 28 May ətrafında daxili turist hərəkəti ilə başlayacaq".
Nazir əlavə edib ki, koronavirus infeksiyası statistikasının azalması davam edərsə, daxili uçuşlar may ayının sonunda açıla bilər.