Putin 3 generalı istefaya göndərdi

DÜNYA
08:54 / 06.08.2020
1375
Rusiya Prezidenti Vladimir Putin Federasiyanın İstintaq Komitəsinin 3 generalının və bir polkovnikinin vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb. APA “gazeta.ru”ya istinadən xəbər verir ki, bunlar İstintaq Komitəsinin Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Sergey Vazyulin, İrkutsk vilayətinin İstintaq İdarəsinin rəhbəri ədliyyə general-mayoru Andrey Bunev, Kuban istintaq şöbəsinin rəhbəri ədliyyə general-leytenantı Vadim Buqaenko və Baş İdarə rəisi polkovnik Rif Qayututdinovdur. Nəşrin məlumatına görə, onların hər biri öz arzusu ilə istefa ərizəsi yazıb.
0