Gərginlik artır, Türkiyə hərəkətə keçməlidir - Rusiya

DÜNYA
20:00 / 07.08.2020
1808

İdlib təhlükəsizlik zonasında gərginlik artır.

Bu sözləri Rusiyanın Suriyadakı Tərəfləri Barışdırma Mərkəzinin rəhbəri Aleksandr Şerbitski deyib.

“İdlib təhlükəsizlik zonasının cənubunda gərgin vəziyyət yaranır. Türkiyə komandanlığı tərəfindən M-4 magistralında qruplaşmaların zərərsizləşdirilməsi il bağlı tədbirlər görülür. Amma eyni zamanda Türkiyə təhlükəsizlik dəhlizinin yaradılmasında uğursuz oldu. Bu səbəbdən də birgə rus-türk patrul icrası gecikir”, - deyə Şerbitski bildirib.

O, eyni zamandan əlavə edib ki, terrorçular Suriya ordu qüvvələrinə atəş açır, dron və raketlərlə Hmeymim aviabazasına hücum etməyə cəhd edir.

0
axar.az