Zukerberqin sərvəti 100 milyard doları keçdi

DÜNYA
22:35 / 07.08.2020
905

Sosial media nəhəngi “Facebook”un səhmləri dəyər qazandıqca şirkətin qurucusu Mark Zukerberqin şəxsi sərvəti 100 milyard dolları keçib.

“Facebook” çərşənbə günü “TikTok”-a rəqib olan bir proqram təqdim edib.

“Facebook”a məxsus “Reels” proqramının “İnstagram” üzərindən istifadə edilə biləcəyi haqqında reklamdan sonra cümə axşamı şirkətin səhmləri altı faiz artıb.

“Facebook”un səhmlərinin yüzdə 13 faizi Mark Zukerberqindir.

Qeyd edək ki, bu il Mark Zukerberqinin şəxsi sərvəti 22 milyard dollar artıb.

 

0
Cebhe.info