Tixanovskaya ölkədən necə çıxıb?

18:32 / 11.08.2020
1078

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanı ölkədən hökumət çıxarıb.

Bunu jurnalistlərə açıqlamasında Tixanovskayanın rəsmi nümayəndəsi Olqa Kovalkova deyib. Onun sözlərinə görə, Tixanovskayanın ölkədən çıxması onun qərargahının rəhbəri Mariya Morozun azadlığa buraxılmasına imkan yaradıb:

“Svetlananın seçimi yox idi. Vacib olan odur ki, o, azadlıqdadır. Onlar Mariya Morozla birgə gediblər. Bununla belə Svetlananın komandasının bir qismi hələ də əsirlikdədir”.

Qeyd edək ki, Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ölkəni tərk edərək Litvaya gedib.

0
Axar.az