Albaniya Prezidenti İlir Metanın həyat yoldaşı Monika Krimadi paytaxt Tiranada Milli Teatrın sökülməsinə qarşı keçirilən etiraz aksiyasına qoşulub.
HİT.Az xəbər verir ki, bu barədə “Albanian Daily News” nəşri xəbər yayıb.
Xatırladaq ki, 2018-ci ildə Albaniyanın Baş naziri Edi Rama Tiranada 1937-ci ildə inşa edilmiş Milli Teatr binasının sökülməsi barədə qərar verib.
E.Rama qərarını teatrın saxlanılması üçün böyük məbləğdə vəsaitin tələb olunması ilə izah etmişdi. Qərar paytaxt sakinlərinin narazılığına səbəb olmuşdu.
Ötən gün isə binanın sökülməsi ilə əlaqədar etiraz aksiyası keçirilib. Etirazçılar arasında Albaniya Prezidentinin həyat yoldaşı, parlament üzvü və Sosialist Partiyasının lideri Monika Krimadi də olub.
Etirazçıların bütün cəhdlərinə baxmayaraq, teatr binası dağıdılıb.
Aksiya zamanı ölkənin birinci xanımı da daxil olmaqla, bir neçə nümayişçi polis tərəfindən saxlanılıb.
Monika Krimadi bir neçə saatdan sonra sərbəst buraxılıb.