Rusiyanın koronavirusa qarşı hazırladığı peyvənd tətbiq edildikdən sonra ən azı iki il effektiv olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Qamaley Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib.
"Peyvəndin fəaliyyət müddəti və qoruyucu xüsusiyyətləri qısamüddətli olmayacaq. Hesablamalarımıza əsasən, bu müddət azı iki il davam edəcək", - Ginzburq bildirib.
Xatırladaq ki, avqustun 11-də Rusiyada "Sputnik V" adlı dünyanın ilk koronavirus əleyhinə peyvəndi qeydə alınıb.