Məhkəmə keçmiş prezidenti həbsdə saxladı

DÜNYA
14:21 / 14.08.2020
1115

Bişkek Şəhər Məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevə qarşı hökmü qüvvədə saxlayıb.

HİT.Az xəbər verir ki, bu barədə məhkəmə iclasında məlumat verilib.

İyunun 23-də Bişkekin Pervomaysk Rayon Məhkəməsi Atambayevi kriminal avtoritet Əziz Batukayevi sərbəst buraxdığına görə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

2006-cı ildə Batukayev Bişkek ətrafındakı koloniyaların birində iğtişaşlar təşkil etdiyinə görə 16 il 8 ay müddətinə həbs edilib.

İstintaqın məlumatına görə, onun azad edilməsində yüksək vəzifəli şəxslər, o cümlədən eks-prezident Atambayev iştirak edib.

Onlar “korrupsiyanı mütəşəkkil cinayətkar qrupun maraqları naminə təşkil etməkdə” ittiham olunurlar.

0
konkret.az