ABŞ və Kanada alimləri koronavirus infeksiyasının şüa terapiyası ilə müalicəsini təklif ediblər.
Bu barədə “İzvestiya” məlumat yayıb.
Alimlər müəyyən ediblər ki, rentgen şüalarının aşağı dozası pnevmoniyadan ölüm hallarını 20 faiz azaltmaq iqtidarındadır. Bu cür üsul artıq xəstələr üzərində də sınaqdan keçirilib. Müalicə üsulunun tətbiqindən sonra xəstələr üç günə sağalıblar.
Sözügedən müalicə metodunun həmçinin yaşlı və xroniki xəstəlikləri olan insanlarda da müsbət nəticə verdiyi qeyd olunub.
Oxu.az