Koronavirusla bağlı miflər...

DÜNYA
20:54 / 15.08.2020
1030

Qısa müddətdə dünyanın əsas probleminə çevrilən koronavirus hələ də can almaqda. Yayılmaqda davam edir. Virus bu günə qədər 21 milyon insanın yolxumasına, 760 mindən çoxunun ölümünə yol açıb.

Ötən müddət ərzində virusa yoluxma və müalicə üsulları ilə bağlı yanlış təsəvvürlər, inanclar yaranıb.

Modern.az koronavirusla bağlı tibb elminin yalanladığı, bəzi insaların isə hələ də həvəslər inandığı mifləri təqdim edir.

Koronavirus ayaqqabı vasitəsi ilə keçir

COVİD-19-un ayaqqabı vasitəsi ilə insalara yoluxması riski çox aşağıdır. Təbii ki, ehtiyat tədbiri olaraq, körpə uşaqların oynadığı döşəmədə ayaqqabıya təmas etməməsinə diqqət etmək lazımdır. Bu isə təkcə koronavirus deyil, başqa virus və bakteriyalarla bağlı da bir növ ehtiyat tədbiridir.

Spirtli içkilər koronavirusa qarşı immunitet yaradır

Sübut olunub ki, spirtli içkidən çox istifadə heç bir immunitet yaratmır, əskinə, sağlamlıq üçün çox zərərlidir və immun sistemini zəiflədir.

Hərarət ölçən cihazlar koronavirusu aşkar edir

Hərarət ölçən cihzalar (Termal skaner) ancaq yüksək temperaturu müəyyən edə bilər və heç bir virusla bağlı diaqnoz qoya bilməz.

Acı bibər koronavirusdan qoruyur

Yeməklərinizdəki acı bibər, çox dadlı olsa da, COVID-19-nu qarşısını ala və müalicə edə bilməz. Özünüzü yeni koronavirusdan qorumağın ən yaxşı yolu başqalarından ən azı 1 metr məsafədə saxlamaq və əllərinizi tez-tez və hərtərəfli yumaqdır. Ümumi sağlamlığınız üçün balanslı bir pəhriz, mütəmadi olaraq məşq etmək və yaxşı yatmaq da faydalıdır.

Koronavirus ağcaqanad vasitəsi ilə yayılır

Bu günə qədər, COVID-19 virusunun milçəklər ağcaqanad vasitəsilə ötürüldüyünə dair heç bir sübut və ya məlumat yoxdur. COVID-19 səbəb olan virus, ilk növbədə, yoluxmuş bir adamın öskürdüyü, asqırdığı və ya danışdığı zaman yaranan damcılar vasitəsilə yayılır. Əllərinizi yuymadan əvvəl çirklənmiş bir səthə və sonra gözlərinizə, burnunuza və ağzınıza toxunaraq da yoluxa bilərsiniz.

5G internet şəbəkəsi koronavirus yayır

Viruslar radio dalğalarında / mobil şəbəkələrdə səyahət edə bilmirlər. COVID-19 5G mobil şəbəkəsi olmayan bir çox ölkədə də yayılır.

25°C-dən yüksək temperatur koronavirusu öldürür

Havanın nə qədər günəşli və isti olmasından asılı olmayaraq, COVID-19-a yoluxa bilərsiniz. İsti hava şəraiti olan ölkələrdə də COVID-19 hadisələri barədə məlumat verilib.

İsti vanna qəbulu koronavirusun qarşısını alır

İnsanın normal bədən temperaturur 36.5-37°C-dir və bu heç də aşağı temperatur deyil. Əgər virus bu temperaturda ölmürsə, çox isti vanna sadəcə zərərli ola bilər.

Soyuq hava və qar koronavirusu öldürür

COVID-19-un soyuq havaya davam gətirməməsi barədə heç bir sübut öz əksini tapmamışdır.

Mona ZADƏ

0