Lukaşenko: “Nə qədər ki, məni öldürməmisiniz, yeni seçkilər olmayacaq”

DÜNYA
15:19 / 17.08.2020
1176

“Siz ədalətsiz seçkilərdən danışırsınız və istəyirsiniz ədalətli seçki keçirilsin? Odur ki, sualınıza cavb verirəm. Biz seçkini keçirdik. Hələ ki, siz məni öldürməmisiniz, hər hansı digər seçki olmayacaq”.

“Ölkə.Az” “Tut.by”a istinadən xəbər verir ki, Aleksandr Lukaşenko bu gün Minskdə təkərli qoşqular zavodunun tətil edən işçiləri ilə görüşüb. Görüş zamanı Lukaşenko bildirib ki, siz məni yaxşı tanıyırsınız: “Hər zaman məni dsətəkləmisiniz və mən bunu yaxşı bilirəm... Mən sözümü deyim, sonra necəistəyirsiniz elə də edin. Həyatda ən dəhşətlisi xəyanətdir”. Zavod işçiləri oan “Get!” şüarını səsləndiriblər, o isə cavabında deyib ki, “yenə qışqırın”.

0