Uşaqlarda diş çürüməsi: Qarşısını necə almaq olar?

DÜNYA
22:23 / 18.08.2020
1057

Uşaqlarda çürük, qaralmış dişlərə çox rast gəlinir. Hətta bəzən süd dişləri çıxandan qısa zaman keçəndən sonra çürüməyə başlayır. Azyaşlılarda dişlərin çürüməsi nə ilə bağlıdır? Çürük dişlər nələrə səbəb ola bilər? Bunun qarşısını almaq mümkündürmü?

e-tibb.az xəbər verir ki, pediatr, uzman həkim Ülvi Əliyev də dişlərin çürüməsi, qaralması, oyulması kimi şikayətlərlə uşaq həkiminə müraciət edən valideynlərin çox olduğunu deyib: “Pediatr bu məsələdə diş həkimindən az kömək edə bilər, o da məlumatlandırmaqla. Bəs çürük baş verməməsi üçün nə etmək lazımdır? Agızda çox bakteriyalar var, amma bunların içində streptococcus mutans daha çox rol oynayır. Burada yeyilən qida, ağızda tüpürcək miqdarı, diş ərpinin qalma müddəti və s. rol oynayır. Üç yaşdan kiçik uşaqlarda 4-dən çox çürük şiddətli erkən uşaq kariyesi adlandırılır”.

Pediatr, "Kariyes nəyə və haralara ziyan vurur" sualına belə cavab verib:

Ağrı, infeksiya, çeynəmə problemləri, qidalanma pozğunluğu, mədə-bağırsaq xəstəlikləri, böyümə və inkişafın gecikməsi, dəmir defisitli qanazlığı, məktəb davamiyyəti günlərində azalma, həyat keyfiyyətini azaltma.

Onun sözlərinə görə, butulkalı əmzik (biberon), meyvə suyu, qazlı içkilər, enerji içkiləri dişlərin çürüməsi ilə bağlı daha çox risk faktorlarına sahibdir.

Diş çürüklərindən necə qorunmalı?

Bu suala cavab olaraq həkim deyib ki, uşaqlar 3 öynə əsas, 2 öynə də arada yemək yesə yaxşıdır: “Şəkərli, yapışqan, qazlı qidaları əsas öynədə verin. Yeməkdən sonra uşaqların dişlərini fırçaladın, mümkün deyilsə su ilə ağzını çalxalasın və ya saqqız çeynəsinlər. Uşaq yatanda sudan başqa maye dolu butulka verməyin. Bir yaşından sonra biberon verilməsin. Yemək yedikdən sonra bir parça pendir yemək lazımdır. Pendir kariyesə qarşı qoruyucu təsirə malikdir. Südə bal, doşab, şəkər kimi şeylər qatmaq olmaz. Çayı şəkərsiz, qazlı, şəkərli içkiləri borucuqla verin. Yer fıstığı, kök, alma, kərəviz kimi qidalar kariyesə qarşı təsirlidir. Banan, kişmiş, mövüc, xurma kimi çərəz və meyvələr yapışqandır, kariyes riski yaradırlar”.

0