Çində ilk koronavirus peyvəndinin patenti verildi

DÜNYA
22:38 / 18.08.2020
1037

Koronavirus peyvəndi üçün ilk patent Çinin Dövlət İntellektual Mülkiyyət İdarəsi tərəfindən verilib.

 Bu haqda məlumatı Sinhua agentliyi yayıb.

Patent Çin Xalq Azadlıq Ordusunun Hərbi Tibb Elmləri Akademiyasına və COVID-19 peyvəndi hazırlayan “CanSino Biologics” şirkətinə verilib.

İyun ayının əvvəlində bu peyvənd bir il müddətində ölkədə hərbi istifadə üçün xüsusi icazə alıb. Mart ayında bu vaksin Çində klinik sınaqlar üçün təsdiqlənmiş ilk peyvənd olub.

Siçanların və dəniz donuzlarının nümunələrində aparılan sınaq vaksinin yaxşı immunitetə malik olduğunu göstərib.

Peyvənd asan və tez hazırlanır. Bu da virusun qəfil baş verməsi halında qısa müddətdə kütləvi istehsalını təmin edəcək.

0
konkret.az