Növbəti dəfə karantin rejimi yolverilməzdir - ÜST

DÜNYA
14:13 / 18.08.2020
1226

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ikinci və sonrakı koronavirus dalğaları zamanı karantin tətbiq etməməklə bağlı dünya ölkələrinə müraciət edib.

Bu barədə ÜST-ün baş epidemioloqu Maria Van Kerkxov məlumat verib. 

O, bundan sonrakı dövlər üçün karantin rejiminin tətbiq edilməsinin yolverilməz olduğunu bildirib:

“Karantin rejiminin iqtisadi nəticələri koronavirusdan daha dəhşətlidir. Digər tərəfdən mütəxəssislərin fikrincə, epidemiya müddətində maska taxmaq və sosial məsafəyə riayət etmək kifayətdir”.

Birləşmiş Millətlər Təşkilatının rəhbəri Antonio Quterreş də karantin zamanı məktəblərin bağlanmasını "nəsillərarası fəlakət" adlandırıb. Mütəxəssislərin sözlərinə görə, həkimlər karantin səbəbilə yüz minlərlə insult, xərçəng, infarkt, iflic xəstələrinə laqeyd yanaşır, uşaqlar və yaşlılar hərəkətsizlikdən əziyyət çəkir. 

Qeyd edilib ki, ekspertlər pandemiya bitdikdən sonra uzun müddət bununla məşğul olacaqlarını dilə gətirib. 

0
Mediapost.az