İsveçrənin Olten şəhərciyində qeyri-adi hadisə yaşanıb.
Yenisabah.az xarici mediaya istinadən bildirir ki, şəhərcikdə bir neçə gün qəhvəyi tozdan ibarət yağış yağıb.
Daha sonra məlum olub ki, həmin toz küləyin yaxınlıqdakı şirniyyat fabrikindən apardığı kakao paxlasının zərrələridir.
“Lindt & Sprüngli” şirkəti məsuliyyəti öz üzərinə götürərək istehsalatda havalandırma sisteminin xarab olduğunu etiraf edib. Məlumata görə, nasazlıq artıq aradan qaldırılıb. Hadisə nəticəsində kirlənən avtomobilləri isə şirkət yuduzduracaq.