ÜST-dən xəbərdarlıq: "Hazır olun" - VİDEO

DÜNYA
21:50 / 21.08.2020
1172

ÜST-nın Avropa Bürosunun rəhbəri Hans Kluqe onlayn formatda keçirilən brifinqdə koronavirusla yanaşı qripə yoluxmanı da diqqətdə saxlamağın vacibliyini diqqətə çatdırıb.

HİT.Az-ın Baku.tv-yə istinadən məlumatına görə, o, qrip əleyhinə peyvəndlər sayəsində əhalinin risk qruplarını qorumağa çağırıb.

Onun sözlərinə görə, bu il qrip əleyhinə peyvəndlər xüsusilə vacib əhəmiyyət daşıyacaq, çünki qripə yoluxanların mümkün qədər az olması xəstəxana və səhiyyə sisteminin yüklənməsinin qarşısını ala və səhiyyə işçilərinin koronavirus pasiyentlərini diqqətdə saxlamalarına kömək edə bilər.

H.Kluqe qeyd edib ki, hazırda pandemiyanın episentri Avropadan Amerika və digər regionlara keçsə də, bu, Avropa ölkələrində arxayınlıq yaratmamalıdır. Koronavirusa qarşı mübarizə tam gücü ilə davam etdirilməli və eyni zamanda paralel olaraq qarşıdakı qrip mövsümü də nəzərdən qaçırılmamalıdır.

Avqustun ilk həftəsilə iyunun ilk həftəsi ilə müqayisədə 40 min yoluxmanın qeydə alınması narahatlıq doğursa da, büro rəhbəri səhiyyə qurumlarının hazırda vəziyyəti və yoluxma trendlərini daha yaxşı nəzarətdə saxlaya bildiklərini də qeyd edib.

O bildirib ki, indiki vəziyyəti fevral ayı ilə müqayisə etmək olmaz, indi artıq virusa qarşı mübarizənin necə təşkil olunmasına dair təcrübə toplanılıb və yoluxma klasterlərinin aradan qaldırılması daha yaxşı həyata keçirilir.

0