“COVID-19 pandemiyasının iki ildən az müddətdə bitəcəyinə ümid edirik”.
HİT.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus cümə günü keçirilən brifinqdə koronavirusla 1918-ci ildə yayılmış "İspan qripi"ni müqayisə edərkən bildirib.
ÜST rəhbəri qeyd edib ki, hazırkı durumda daha çox texnologiyalar mövcuddur: “Yeni növ virus yaxın təmaslarla daha sürətli yayılır, ancaq onun qarşısını almaq üçün müvafiq texnologiyamız var”.
APA