Müxalifət lideri Aleksey Navalnının olduğu təyyarə Omskdən Berlinə uçub.
“RİA Novosti” xəbər verir ki, təyyarə yerli vaxtla saat 08:00-da (Moskva vaxtı ilə 05:00) Omsk hava limanından havaya qalxıb.xa0
“FlightRadar”a görə, “Bombardier Challenger 604”xa0təyyarəsi Omskdan Schoenefeld hava limanına uçur.
Qeyd edək ki, Navalnı müalicə üçün Berlindəki “Charite” klinikasına yerləşdiriləcək.


