"Samsung" Galaxy Note seriyasından imtina edə bilər

DÜNYA
21:46 / 25.08.2020
916

Galaxy Note 20 smartfon seriyasının təqdim olunmasından sonra internetdə Galaxy Note seriyasının gələcəyi barəsində məlumatlar ortaya çıxmağa başladı. İnsayderlərin proqnozlarına əsasən gələn il Galaxy Note seriyasının yenilənməsini gözləmək lazım deyil.

HİT.Az-ın Gizmochina-a istinadən məlumatına görə, Samsung şirkəti Galaxy Note seriyasından imtina edə bilər. Bununla belə şirkət S Pen stilusunun dəstəyini dayandırmaq niyyətində deyil.

Ortaya çıxmış məlumatda qeyd olunub ki, S Pen stilusunun dəstəyi gələn il Galaxy S21 Ultra modelində reallaşdırılacaq. Galaxy S və Galaxy Note seriyaları arasında minimal fərq olduğu üçün Galaxy Note seriyasının davam etdirilməsinin mənası qalmır. Məlumata əsasən Samsung şirkəti öz diqqətini əsasən qatlana bilən smartfon modellərinə ayıracaq. Buna görə də Galaxy Z Fold 2 modelində də S Pen stilusunun dəstəyini gözləmək olar. Bununla yanaşı Galaxy S seriyası ToF kamera sensorundan da məhrum ola bilər.

0
technote.az