Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan ölüm riski barədə proqnoz dərc edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsinin rəhbəri Hans Klüge açıqlama verib.
O, payıza keçidlə bağlı 3 detalı fərqləndirib.
“Birincisi – məktəblər açılır. İkinci fenomen – mövsümi qriplə bağlıdır. Üçüncüsü – qışda yaşlı əhali arasında müşaiyət olunan yüksəsk ölüm faizi var”-deyə Klüge açıqlama verib.