Müsəlman İlhan ermənilərə satıldı

DÜNYA
16:02 / 28.08.2020
1183

ABŞ Konqresində ilk müsəlman qadın olan konqresvumen İlhan Abdullahi Ömər aşkar ermənipərəst mövqeyini bəyan etdi.

HİT.Az milli.az-a istinadən xəbər verir ki, Minnesota ştatından seçilmiş İ.Ömər bununla da minnesotalı konqresmenlər, ermənipərəst Betti MakKollum və Kollin Petersonun mövqelərini dəstəkləyib.

İ.Ömər artıq erməni kokusunun (Konqresdə erməni məsələləri üzrə yaradılmış konqresmenlər qrupu) üzvüdür.

İlhan Abdullahi Ömər ABŞ Demokrat Partiyasının üzvüdür.

2019-cu ilin oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı"nın rəsmən tanınmasını nəzərdə tutan qətnamə layihəsi (H.Res.296) səsverməyə çıxarılanda İlhan Ömər bitərəf qalmışdı.

Əslən Somalidən olan 39 yaşlı İlhan Ömər mövqeyinə görə ermənipərəst konqresmenlər tərəfindən sərt tənqid olunmuşdu.

Hazırda ABŞ konqresində iki müsəlman konqresvumen var: İlhan Ömər və Nümayəndələr Palatasında Miçiqan ştatını təmsil edən Rəşibə Talib.

İlhan Ömərin belə qərar verməsinin əsas səbəbləri arasında Birləşmiş Ştatlardakı erməni seçicilərin dəstəyini qazanmaq istəyi ilə yanaşı, erməni diasporunun maliyyə imkanlarından bəhrələnmək niyyəti də var.

0