ABŞ-ın "Tesla" və "Speys X" şirkətlərinin sahibi İlon Mask insan beyni ilə kompüter arasında birbaşa interfeys yaradan çipi təqdim edib.
Bu barədə "Hüriyyət" məlumat yayıb. Məlumata görə, Neuralink şirkəti tərəfindən hazırlanan çip vasitəsi ilə beyin və sinir xəstəliklərinin müalicə edilə biləcəyi və ya xəstəliyin irəliləməsini yavaşlada biləcəkləri qeyd edilib.
Mask çipin əvvəlcə donuz üzərində test edildiyini və beyin dalğalarının oxunması nəticəsində donuzun beynində heç mənfi təsir olmadığını bildirib:
"Bu çiplə karlıq, korluq və hətta iflic kimi xəstəlikləri belə müalicə edə bilərsiniz".
Mask çipin bazara nə zaman təqdim ediləcəyi barədə konkret vaxt açıqlamasa da, onun qiymətinin son model ağıllı telefondan baha olmayacağını bildirib.
Axar.az