Ermənistanın keçmiş Baş qərargah rəisi Arşak Karapetyan Aprel döyüşləri ilə bağlı parlament komissiyasının iclasına iştirak edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda prezidentin köməkçisi olan Karapetyan döyüşlərin gedişatı ilə bağlı məlumatlar verib.
“Mənə aid olan bütün məlumatlar məxfi xarakter daşıyır, ona görə üzrlü sayın. Bakı bu məlumatları eşitməli deyil”.
Ermənistanda apel döyüşləri ilə bağlı komissiya 2019-cu ilin aprelində işinə başlayıb.