Qətər əmiri Şeyx Təmim ibn Həməd Əl Saninin ailəsi Türkiyənin Bodrum şəhərinə istirahətə yollanıb.
Publika.az xəbər verir ki, kraliyyət ailəsi milyonlarla dollar qiyməti olan “Qatara” yatxasında qalacaq.
Milas-Bodrum hava limanına eniş edən xüsusi “Jumbo” təyyarəsindən ailəyə məxsus 2 tır əşya daşınıb. 500 çamadan və çox sayda dalğıc ləvazimatlarının təyyarədən boşaldılması saatlarla davam edib.
Ailənin təhlükəsizliyi üçün yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülüb. Quruda və dənizdə hüquq-mühafizə orqanları keşik çəkib. “Üzən saray”da tətilini davam etdirəcək ailə üçün 180 nəfərlik xüsusi aşpaz, ofisiant, dalğıc təlimçisi, uşaq baxıcısı, mühafizə və yaxta heyəti ayrılıb.
Zümrüd