2015-ci ildə Məhəmməd peyğəmbərin karikaturları ilə gündəmə gələn Fransanın “Charlie Hebdo” jurnalı İslam peyğəmbərinin silsilə karikaturlarını dərc edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, jurnalın satışa çıxarılacaq xüsusi buraxılışının üz qabığında 2006-cı ildə yayımlanan 12 mübahisəli karikaturanın yer alacağı bildirilib.
Jurnalın sahiblərindən biri Loren Surisso əsla geri çəkilməyəcəklərini deyib.
Jurnalın qərarına Fransa Prezidenti Emmanuel Makrondan da dəstək gəlib:
“Fransada mətbuat azadlığı var. Prezident qəzetlərin və kanalların seçimlərinə şərh verə bilməz. Bu ölkədə söz azadlığını qorumaq üçün buradayam”.