Rusiya Azərbaycan əsilli bu qadını İnterpol xətti ilə axtarır

DÜNYA
17:10 / 02.09.2020
973

Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda doğulmuş qadını beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Rusiya vətəndaşı, 1969-cu ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Ragilya Hacıağayeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.  

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

0