Rusiyalı aktyor Mixail Yefremov məhkəmədə Moskvada ölümlə nəticələnən avtomobil qəzasında günahkar olduğunu etiraf edib.
Bu barədə TASS Moskvanın Presnenski məhkəmə zalından məlumat verir.
“Açıqlama vermək istəyirəm, cənab hakim. Bir neçə gecə yatmadım, qərara gəldim ki, günahımı etiraf edim”, - deyə Yefremov bildirib.
Dövlət ittihamçısı ölümlə nəticələnən avtomobil qəzasında Mixail Yefremovun günahını təsdiqlənmiş hesab edib.
“Hesab edirəm ki, Yefremovun cinayətdə təqsiri videomateriallar, ekspertiza, şahid ifadələri və işdəki digər dəlillərlə təsdiqlənir”, - deyə dövlət ittihamçısı bildirib.
M.Yefremovu beş ildən 12 ilədək həbs cəzası gözləyir.
Oxu.az