"Lamborghini" ilə qarpız satan sürücü cərimələnib.
Milli.Az bildirir ki, "Lamborghini"nin baqajında qarpız satan sürücü cərimələnib, avtomobil isə cərimə meydançasına aparılıb.
İstanbulun Beyoğlu səmtində "Lamborghini"nin baqajında 5 lirəyə qarpız satan sürücü 1228 lirə cərimələnib, avtomobil isə cərimə meydançasına göndərilib.
O, avtomobili təyinatından başqa məqsədlə istifadə etdiyinə görə cəzalandırılıb.
Lüks avtomobildə qarpız satan şəxsin İran vətəndaşı olduğu aşkarlanıb.
Milli.az