Dünyanın seysmik zonalarda yerləşən 10 ən təhlükəli şəhəri - ADLAR

DÜNYA
22:43 / 04.09.2020
1016

Təbiət hadisəsi sayılan zəlzələlər hər il dünya iqtisadiyyatına milyardlarla dollar ziyan vurur.

Modern.az BMT-yə istinadən dünyanın ən seysmik zonada yerləşən şəhərlərinin siyahısını təqdim edir.

Siyahıda ilk pilləni Nepalın paytaxtı Katmandu şəhəri tutur. Aparıcı seysmoloqların rəyinə görə, ikinci pillədə Fillipinin paytaxtı Manila, üçüncü pillədə isə Pakistanın paytaxtı İslamabad şəhəridir.

Yaponiyanın paytaxtı Tokio Asiyanın şərq sahilindən tutmuş Avstraliyadan şərqə qədər uzanan Sakit okean seysmik zolağında yerləşir. Bu bölgədə dünyada qeydə alınan zəlzələlərin 68%-i baş verir. Xüsusən, Yaponiya və Fillipin zəlzələnin tez-tez baş verdiyi ölkələrdir.

Tokiodan 100 kilometr şimal-qərb istiqamətində, Sakit okean plitəsi ilə Fillipin dənizi plitəsi üz-üzə gəlir. Seysmoloqlar 90% ehtimalla yaxın 50 ildə şəhərdə yeni dağıdıcı zəlzələnin baş verəcəyini proqnozlaşdırır.

Buna görə Tokio, Ekvadorun Kito və Türkiyənin İstanbul şəhərləri də plitələrin sərhəddində yerləşdiyi üçün zəlzələ riski xeyli yüksəkdir.

Hindistanın paytaxtı Dehli, Haitinin paytaxtı Port-o-Prens, Meksikanın Mexiko, ABŞ-ın Nyu-York, Hindistanın Mumbai, Kəlküttə, Çinin Şanhay və Hindistanın Cakarta şəhərləri də seysmik təhlükəli ərazidə yerləşən şəhərlər sırasındadır.

0