Rusiya ətrafında halqa daralır: “Araşdırılacaq”

DÜNYA
19:30 / 05.09.2020
1125

ABŞ Prezidenti Donald Tramp rusiyalı müxalif siyasətçi Aleksey Navalnı ilə bağlı vəziyyətdən danışıb.

Tramp hələ Amerikanın əlində Navalnının zəhərləndiyinə dair dəlilin olmadığını söyləyib.

Ancaq bunu öyrənəcəyinə söz verib.

Prezident Almaniyanın zəhərlənmə ittihamı ətrafında aparılan araşdırmaların nəticələrinə inanmamaq üçün bir səbəb olmadığını söyləyib. Lakin Tramp hesab edir ki, Almaniya bu məsələyə görə Rusiyaya qarşı tədbirlər görməyəcək.

Aleksey Navalnı avqustun 20-də Moskvaya uçuş zamanı xəstələnib, Omskdakı bir xəstəxanaya yerləşdirilib. Siyasətçi ayın 22-də Almaniyaya aparılıb. Almaniya Kansleri Angela Merkel sentyabrın 2-də Aleksey Navalnının “Noviçok”la zəhərləndiyini açıqlayıb, buna görə Moskvanı ittiham edib.

0
Teleqraf.com