Milçəyi öldürmək istədi, evi partlatdı

DÜNYA
21:34 / 07.09.2020
1088

Yaşlı kişi milçəyi öldürmək istəyərkən təsadüfən evi partladıb. Xoşbəxtlikdən kişi sağ qalıb.

“The Mirror”un məlumatına görə, tragikomik hadisə Fransada baş verib.

Məlumata görə, 80 yaşlı kişi yemək yeməyə hazırlaşarkən milçəyin səsini eşidib. Bu səbəbdən o, elektrik milçəköldürən vasitəsilə həşəratı öldürmək istəyib. Bu zaman evdə partlayış olub. Hadisəyə səbəb kimi evdə qaz sızmasının olması göstərilib.

Milçəköldürənin qığılcımı nəticəsində yaranan partlayış zamanı mətbəx və evin damının bir hissəsi uçub. Kişi canını əlinin yanması ilə qurtara bilib. O, müayinə üçün Liburn xəstəxanasına aparılıb.

0
Oxu.az